Jozefina Mertil Korbin dünyanın yeganə dördayaqlı qadını olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, tibbi məlumatlara görə qadının ikinci cüt ayaqları onun inkişaf etməmiş əkiz tayına aid olub. Bu səbəbdən də onun həmin ayaqları öz iradəsidən asılı olmayaraq hərəkət edib.



Təbiətən belə doğuluşu Jozefinanın ailə qurmasına maneə törədə bilməyib. Belə ki, o uğurlu ailə həyatı qurub və 5 sağlam övlad sahibi olub.



Maraqlı faktlardan biri də odur ki, onun dünyaya gələn övladları 2 uşaqlıqda inkişaf edib. Çünki, Jozefinanın eyni zamanda 2 uşaqlığı olub.