"Fenerbahçe"nin cari mövsümdə vacib oyunlarda xal itkiləri azarkeş və bəzi media mənsublarının rəhbərliyi istefaya səsləməsi ilə müşaiyət olunur.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, "sarı lacivərdlilər"in prezidenti Aziz Yıldırım idarə heyətinin toplantısında onu ittiham edənlərə qarşı sərt fikirlər səsləndirib.

"İngiltərədə bağıranlar, Almaniyadan gələn və əvvəllər bilet vermədiyim kəslər istefamı istəyirlər. Apellyasiya məhkəməsinin qərarından sonra gedəcəyimi demişdim. Hər uğursuz nəticədən sonra mediada "istefa versinlər" məsələsi çıxır. Küçədəki 3 şərəfsiz və əxlaqsız məni bu klubdan göndərə bilməz. Məni apellyasiya məhkəməsindən sonra "Fenerbahçe" idarə heyətinin üzvləri göndərə bilər. 2-3 televiziya proqramı var. Viski içib efirə çıxırlar. Bizi təhqir edirlər. Onlara küçədə gəzməyə imkan vermərəm. Mənim yanıma gəlincə it kimi qorxurlar. Çayçı, sürücü gəlib müdir olub. Türkiyədə bu kanallar nə qədər vergi ödəyir? Bizdən danışıb pul qazanırlar. Seçimlə gəlmişəm, seçimlə də gedəcəm. Təkrar namizədlik irəli sürməyimə qarşı çıxırlar. Klub prezidentinə namizəd olma deyə bilərsən? Şərəfsiz, əxlaqsızlar məndən yaxa qurtarmaq üçün səy göstərirlər. Mənim fəxri prezident olmağa ehtiyacım yoxdur, komandanın qapıçısı da olaram.

"Manchester United"də ikinci qolu vuran Marsialın qiyməti 38 milyon funtdur. Poqba 100 milyondur. Mətbuatın şişirtməsi səbəbindən türk futbolu irəli gedə bilmir. "Chelsea" Kennedini 9 milyon avroya aldı. Biz alsaydıq, media "pulu yelə sovurdular" - deyəcəkdi. Bundan sonra həddini aşan hər kəslə hesablaşacağam. Hüquqi baxımdan, hərtərəfli. Mənim də ailəm var. Əsəblərim çox gərilib. Həyatım "Fenerbahçe"dən ibarətdir. Bəziləri kimi bura cibimi doldurmağa gəlməmişəm. Media ağalarını hər kəsə tanıdacağam. Səni vuranın adını polisə verməyə qorxacaq qədər şərəfsizsən. Məndən niyə danışırsan? Artıq klub prezidenti olmaqdan zövq almıram. Bu iş əziyyətə çevrilib. Təhqir üstünə təhqir. Komanda toparlanacaq. Avropa futbolu ilə aramızda uçurum var. "Fenerbahçe"ni parçalamaq istəyənlər var. Büdcə 300-500 milyon avro olsa, nəticə qazanmaq təsadüf olmaz".