Qadın voleybolçulardan ibarət Bakı klubları yeni mövsüm üçün təlim-məşq toplanışını davam etdirir.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, "Azərreyl" və "Telekom"dan fərqli, avrokuboka qatılmayacaq "Azəryol" Azərbaycan Super Liqasına hazırlaşır.

Eldar Yusubovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışı çərçivəsində yoxlama matçları da keçirir. Həftənin əvvəlində İsrailin "Makkabi" klubu ilə qarşılaşaraq, 2:3 hesabı ilə uduzan "Azəryol" ikinci oyununda rəqibindən revanş alıb.

Çempionlar Liqasına Bakıda hazırlaşan Hayfa klubu təmsilçimizlə oyunda darmadağın olub. 1 oyunçu istisna olmaqla, yerli gənc voleybolçulardan təşkil edilən "Azəryol" İsrail çempionuna set vermədən qalib gəlib - 3:0.