Kamerunda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Unikal.org xəbər verir ki, qəza nəticəsində 600-dək adam xəsarət alıb.

Məlumata görə, yeni cəsədlər hadisə yerində aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində aşkarlanıb.

Qatarın həddindən artıq yüklənməsinin qəzaya səbəb olduğu ehtimal edilir.