Xarici vətəndaşların yolda yaratdığı təhlükəli vəziyyətlə bağlı görüntülər yayılıb

«Həyata bağlan» qrupu tərəfindən sosial şəbəkələrdə Bakıya gələn turistlərin yolu necə keçdiyini əks etdirən görüntülər yayılıb. 

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, video paytaxtda hərəkətin intensiv olduğu yolların birində çəkilib. Xarici vətəndaşlar qəflətən yola çıxaraq sürücülər üçün təhlükəli vəziyyəti yaradıblar və heç də bizim bəzi piyadalardan fərqlənməyən tərzdə yolu keçiblər. Həmin görüntüləri təqdim edirik: