Səhər saatlarında Şəmkirin Düyərli kəndində yanğın hadisəsi baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 09:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.