Sabirabadda 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində Kür çayının üzərindəki körpüdə 18 BF 747 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 10 LZ 878 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ"-da olan Sabirabad sakini, 1994-cü il təvəllüdlü Cəfərov İsrafil Rəşid oğlu ölüb, daha 2 nəfər xəsarət alıb.

Yaralılar Bakı sakini 1983-cü il təvəllüdlü İsrafilov Vüsal Həşim oğlu və Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Məhərrəmli Kamran Şahin oğlu Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı - FOTO

Ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı - FOTO

Ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı - FOTO