"Valensiya" cəbhəsi La Liqanın 9-cu turunda "Barselona" ilə ev oyununda hakimlər briqadasının idarəçiliyindən narazı qalıb. Katalonların ilk qolunda Luis Suarezin ofsaydda olduğunu iddia edən qarşı tərəf lehinə penalti qərarı verilməli olduğunu düşünür.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, "yarasalar"ın idman direktoru Xesus Qarsiya Pitarx bunları deyib:

"Mallenko və köməkçiləri bu oyunu xatırlayanda "Valensiya"nı minimum 1 xaldan məhrum etdiklərinə utanacaqlar. Öz vicdanları qarşısında cavab versinlər. 30 dəqiqə ərzində referi 3 səhvə yol verdi: Messinin qolu zamanı Suarezin ofsaydda olduğunu qeydə almadı, Busketsə ikinci sarı vərəqəni göstərmədi və Rodriqoya qarşı kobudluğa görə penalti təyin etmədi. Bu cür birabırçı hakimə ispan futbolunda yer yoxdur".