Topaz Premyer Liqasının IX turunun oyunları üçün bütün təyinatlar müəyyənləşdi. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, Hakimlər Komitəsi 3 gün ərzində baş tutacaq oyunlara aşağıdakı hakimləri təyin edib.

Ötən həftə UEFA Avropa Liqasının qrup mərhələsində oyun idarə etmiş Əliyar Ağayev bu turda əsas hakim kimi təyinat almasa da, gənc referi iki görüşdə əlavə köməkçi kimi fəaliyyət göstərəcək.
Bundan əlavə, Rəhim Həsənov, İnqilab Məmmədov və Rəvan Həmzəzadə də turun iki müxtəlif matçına təyinat alan hakimlərdəndi.
Topaz Premyer Liqası
IX tur
23 oktyabr (bazar)

14:30. "Kəpəz - "İnter
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu


24 oktyabr (bazar ertəsi)

16:00. AZAL - "Zirə
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
"AZAL Arena

25 oktyabr (çərşənbə axşamı)

16:00."Sumqayıt - "Qəbələ
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt şəhər stadionu

19:00. "Neftçi - "Qarabağ
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
8-ci km qəsəbə stadionu