Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə çempionatı çərçivəsində keçirdiyi ev oyununda "Mançester Yunayted" üzərində böyükhesablı qələbə qazanıb.

Unikal.org xəbər verir ki, görüş "zadəganlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda Pedro Rodriqes (1-ci dəqiqə), Qari Kehill (21), Eden Azar (62) və N'Qolo Kante (70) fərqlənib. Sonuncu, "Çelsi"nin heyətində ilk qolunu vurub.