Rusiyanın Ryazan şəhərində yaşayış binasında partlayış baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb.

İlkin versiyaya əsasən, partlayışa səbəb qaz sızması olub. Partlayış nəticəsində binanın 9-cu və 10-cu mərtəbələrindəki 7 ev tamamilə yararsız vəziyyətə düşüb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.