Məşhur amerikalı qütbçü, səyyah və tədqiqatçı, Men Universitetinin əməkdaşı Hordon Hamilton Antarktidada həlak olub.

Unikal. org ABŞ-ın Milli Elm Fondunun saytınaistinadən bildirir ki, o, mühərrikli xizəkdə olarkən 30 metr dərinlikdəki çata düşüb.İnsident ABŞ-ın Antarktidadakı ən böyük stansiyası olan MakMerdodan 30 km cənubda baş verib.Buzlaqların fizikası üzrə tanınmış mütəxəssis olan Hamilton buradakı buzlaqların iqlim dəyişikliklərinə təsirini araşdırırdı.