İctimai Televiziyanın (İTV) əməkdaşının ölümü faktı üzrə cinayət işi başlanıb.
Unikal.org xəbər verir ki, Səbail rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
İtkin düşəndən 35 gün sonra R. Əliyevin meyiti "Cristall hall" yaxınlığında dənizdə aşkar edilib.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Rəşad Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib.
R. Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.