Zemfira yenə atla - FOTO - VİDEO

Teleaparıcı Zemfira Adıgözəlova fərqli fotosessiya etdirib.

Unikal.org-un məlumatına görə, milli.az-a açıqlama verən xanım aparıcı bildirib ki, bu fotosessiya ilə uşaqlıqdan ürəyində olan arzusunu, az da olsa, gerçəkləşdirmiş olub:

"Hər zaman Mərkəzi Amerika, Meksika filmlərinə maraqla baxırdım. Orada kovboyların at çapmaları, həyatı mənə maraqlı gəlib. Uşaqlıqdan istəmişəm ki, hər hansı filmdə kovboy obrazında rol alım. Bu arzum reallaşmadığından, istədim fotosessiya ilə də olsa, özümü kovboy obrazında görüm".

Z. Adıgözəlova bu obrazı canlandırmaq üçün uzun müddət hazırlaşdığını da gizlətməyib:

"Bir neçə həftə atçılıq dərslərinə getdim.İstəyirdim fotolarda obrazımı tam olaraq canlandırım. Mən gördüyüm işə səhlənkar yanaşa bilmirəm. İnanıram ki, izləyicilər fotoları bəyənəcək".

Teleaparıcının makiyajı üzərində stilist-vizajist Nura Babayeva çalışıb. Fotoların müəllifi Ruslan Teymurlatovdur.