Müğənni Niyam Salami "ATV maqazin onlarla verilişinə açıqlamalar edib.

Unikal.org-un məlumatına görə, ifaçı həyat yoldaşından problemli şəkildə ayrıldığını bildirib.

"Qohumumla ailə qurub, ayrılmışam. Aramızda anlaşılmazlıq olub. Mənim də xasiyyətim heç də asand deyil axı. Övladımız olacaqdı, tələf oldu. Mübahisələr də elə buna görə başladı. Onun haqqında çox danışmaq istəmirəm, çünki qohumumdur. Onda da, məndə də günah olub. Elədiyin səhvləri başa düşəndən sonra heç nəyi geri qaytarmaq olmur. Nifrət mənə elə pis təsir etmişdi ki, heç nə edə bilmirdim, nə mahnı yazdıra bilirdim nə oxuya bilirdim. İki illik evlilik məni 5 il geri atdı".

N.Salami daha sonra nişanlandığını etiraf edib:

"Bir dəfə də nişanlandım, sonra ayrıldım. Mən insanlarda hər şeyi dəqiq görmək istəyirəm. Əvvəl anamgilə deyirdim namizəd tapsınlar. Amma indi yox, özüm tapacam.