Türkiyəli ulduzlar Hadisə və Murad Boz Bakıda konsert proqramı ilə çıxış edəcəklər. 

Unikal.org primetime.az-a istinadən xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni İl Günü münasibəti ilə müğənnilər Bakı Olimpiya Stadionunda səhnəyə çıxacaqlar. Onlarla eyni səhnəni məşhur azərbaycanlı müğənni, əməkdar artist Röya Ayxan bölüşəcək. 

İlkin məlumatda yalnız Hadisənin çıxışının qiyməti açıqlanır. Deyilənlərə görə, o, 130 000 ABŞ dolları qarşılığında Yeni il bayramını azərbaycanlı tamaşaçılarla keçirməyə razılıq verib.