Bakıda evdə yanğın olub. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, şəhərin Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan bir otaqlı mənzilin mətbəxində mətbəx mebeli 7 p.m yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.