İslandiyada "Avro 2016" gözəllik müsabiqəsinin qalibi olmuş 20 yaşlı Arna Yonsdottir Amerikada keçirilən "Miss Grand International adlı müsabiqəyə dəvət edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Arna öncə təklifi qəbul etsə də, sonradan fikrindən daşınıb. Buna səbəb isə müsabiqə təşkilatçılarının onu kök hesab etməsi olub. Arnaya yarış gününə qədər səhər yeməyindən imtina etmək və sadəcə salat yemək tapşırılıb. Peşəkar olaraq gimnastika ilə məşğul olan Arna, bu sözlərdən bərk əsəbiləşib və onu olduğu kimi qəbul etmədikləri üçün yarışmada iştirak etməkdən imtina edib.

İslandiyalı gözəlin bu hərəkəti sosial mediada böyük dəstək qazanıb və bir çoxları onun hərəkətinin doğru olduğunu bildiriblər.






Картинки по запросу arna jonsdottir