Mübariz Mədətovun firması dövlət şirkətinin sifarişlərini yerinə yetirəcək 

Oğlunun sərxoş halda avtomobil idarə etməsi ilə xalq artistinin ailə faciəsinə səbəb olan və buna görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsində uzaqlaşdırılan Mübariz Mədətova yenidən «yaşıl işıq» yandırılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, M.Mədətovun rəhbərlik etdiyi gəmi firmasında biznes ortağı ilə 40-a yaxın belə yükdaşıma gəmisi var. Mədətovun rəhbərlik etdiyi şirkət uzun illərdi Xəzərdə beynəlxalq yük daşımaları və xüsusən də neft daşımalarını həyata keçirir. Hazırda Dövlət Neft Şirkətində ( ARDNŞ) Mübariz Mədətovun işlərinin daha yaxşı həyata keçirilməsi üçün şərait yaradılıb. Artıq ARDNŞ-nin Xəzərdə bütün işlərini həyata keçirtmək üçün Mübariz Mədətovun şirkəti ilə müqavilə bağlayıb və bütün yük daşımalarını həyata keçirdəcək.

Əldə etdiyimiz məlumata görə, Mədətovun rəhbərlik etdiyi şirkət "Abşeron Marina" MMC adı ilə qeydiyyatdan keçib.