Bir müddət "Sivasspor" və "Fənərbağça" futbol klublarında top qovan Fabio Bilica həbs edilib.

Unikal.org ölkə.az-a istinadən bildirir ki, braziliyalı futbolçu aliment ödəmədiyi üçün cəzalandırılıb.

Braziliya mətbuatının verdiyi məlumata əsasən, Fabio keçmiş arvadına 17 min dollar aliment borcunu ödəməyib. Əvvəlcədən xəbərdarlıq edilən futbolçu borcu ödəmədiyi üçün həbs edilib.

Həbsdən sonra borcunu ödəyən Fabio azadlığa buraxılıb.

Məşhur futbolçu həbs edildi - FOTO