Masallı rayonunda partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, hadisə fevralın 28-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib.

Rayon sakini Həsən Abbasov kanalizasiya borusunun içərisində təmir işləri apararkən oradan keçən qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib.

Yanıq xəsarəti alan H.Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.