Bakıda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 56 yaşlı Südabə Məhəmməd qızı Həsənova zəhərli maddə içib. Onu qonşuları huşsuz vəziyyətdə yaşadığı binanın blokunda aşkar ediblər. S. Həsənova dərhal xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.