"Barcelona"nın hücumçusu Luis Suarez çətin uşaqlıq yaşadığını deyib.

Unikal.org Goal.az-a istinadən xəbər verir ki, uruqvaylı forvard bunun ona bəzi şeyləri öyrətdiyini qeyd edib.

"Mən küçədə böyüyən uşağam. Məhz orda mübarizə aparmağı və rahatsızlıq hiss edəndə şikayətlənməməyi öyrənmişəm. Məsələn, meydanda hərəkət etməyim qeyri-mümkün olan hallardan başqa, heç vaxt əvəzlənməyi istəmirəm. Kiçik yaşlarımda da bir sıra qurbanlar verməli olmuşam. Ailəmin mənə ayaqqabı almağa pulu yox idi. Bu, malik olduqlarıma qiymət verməyimə səbəb olub".