"Real"ın və Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo meneceri Jorje Mendeşin qızına böyük etimad göstərib.

Unikal.org publika.az-a istinadən bildirir ki, Ronaldo menecerinin qızı Marisa Mendeşi sosial media mütəxəssisi kimə işə götürüb.

Bununla da, Ronaldo bütün media hesablarını Marisaya həvalə edib.

Xatırladaq ki, CR7-nin "Twitter"də 47.6 milyon, "Facebook"da isə 117 milyon izləyicisi var.

Ronaldo bütün media hesablarını bu qıza həvalə etdi - FOTO