Gəncədə dəm qazından zəhərlənmə olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü Niyaməddin Abbasov dəm qazından zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə N. Abbasov yaşadığı evdə olarkən dəm qazından zəhərlənib.