Bakıda yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 45 m² olan bir-birinə bitişik 3 ədəd qarajın yanar konstruksiyaları və içərisində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər bitişik qaraj yanğından mühafizə olunub.

Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.