idel Kastro ölməyib sağdır. İnanmırsınız. Elə bizdə inanmırdıq. Kastronu görmək üçün nə Kubaya getdik, nə də hansısa başqa bir ölkəyə. Əməkdaşlarımız onunla görüşmək üçün Bakıdan cəmi yarım saatlıq məsafədə yerləşən Sumqayıta üz tutdu.

Fidel Kastro - onu hamı tanıyır. O, Kuba inqilabının lideridir. Okeanın o tayında yerləşən Kubanın liderini Azərbaycanla bağlayan bir məqam var. Yəqin ki, sizə də təəccüblü gəldi: Fidel Kastro hara, Azərbaycan hara? Onu ölkəmizlə nə bağlaya bilər? Biz də onu tanıyana, görənə kimi sizin kimi təəccüblənirdik. Düşünürdük ki, Kastronu görmək üçün mütləq Kubaya getmək lazımdır. Ondan müsahibə götürmək isə sadəcə, yuxu kimi görünürdü... Söhbət Kubanın dünyaya səs salan lideri Fidel Kastronun azərbaycanlı oxşarı Vahid Rüstəmovdan gedir.

Sumqayıt şəhərində yaşayan 67 yaşlı Vahid Rüstəmov Kuba liderinin dünyada nadir oxşarlarındandır. Azərbaycanda onu hamı Fidel Kastro kimi çağırır. O, sözün əsl mənasında Fidel Kastro ilə bir almanın tən yarısıdır.

Festivalda iştirak etmək asan olmasa da o, istəyinə nail olur. Münsiflər onun göndərdiyi məktuba müsbət cavab verir. Müsbiqədə qəhrəmanımızla yanaşı, 43 siyasi xadimin oxşarı da iştirak edib. Amma onun kimi heç bir iştirakçı tamaşaçıları təəccübləndirə bilməyib.

Azərbaycanlı Fidel uğurlu çıxışını 1991-ci ildə bir daha təkrarlayıb. O, bu dəfə Baltikyanı ölkələr arasında keçirilən oxşarların festivalına qatılıb. Burada qarşılaşdığı mənzərə nəin ki, bizim Kastronu, həmçinin sərhədçilərin də marağına səbəb olub.

Vahid Rüstəmov deyir ki, Kuba inqilabının lideri Azərbaycanda onun oxşarının olması barədə məlumatlıdır. Həmsöhbətimi vaxtaşırı Kubanın Azərbaycandakı səfirliyinə də dəvət edirlər. Hətta onların bir dəfə görüşmək imkanı olub. Amma Kubada baş verən proseslər onun istəyinin üzərindən xətt çəkib.

Fidel Kastronun azərbaycanlı oxşarı birinci Qarabağ savaşında fəal iştirak edib. O, döyüş meydanında göstərdiyi şücaəti ilə dillər əzbərinə çevrilib. Azərbaycan Dövlət Gömrük Komitəsində, Heydər Əliyev adına hava limanında 21 il inspektor vəzifəsində işləyən qəhrəmanımız hazırda təqaüddədir.