"Qanuni oğrular Rövşən Lənkəranskinin mirasını bölüşməsinə başlayıblar.

Unikal.org xəbər verir ki, bu barədə "Rosbalta hüquq-mühafizə orqanlarındakı mənbəsi məlumat verib.

Mənbənin sözlərinə görə, Canıyevin Moskvadakı ən böyük topdansatış göyərti, meyvə və tərəvəz bazarı Merab Suxumskinin sərəncamına keçib.

Canıyevin ən ciddi aktivlərinin isə son illər yaşadığı Türkiyədə olduğu bildirilir. Bura Rövşənin "krışası altında yaşayan çoxlu sayda iş adamları və firmalar, mehmanxanalar, narkotiklərin çatdırılması kanalları daxildir.

Onların arasında Temuri Nemsitsveridze (Tsripa) Roin Uhlava (Matevich) Dato churadze var. Hər iki tərəf Rövşənin mirasına sahib olmalarını iddia edirlər.

Son zamanlar Lənkəranskinin yaxın ətrafına Hüseyn Əhmədov və Merab Suxumskinin rəhbərlik etdiyi mafiya qruplaşmaları daxil olub. Hər ikisi varislik üçün namizəddirlər.

Mənbə bildirib ki, hələ ki, Hüseynlə Merabın klanı arasında birbaşa münaqişə olmasa da, lakin hər şey buna aparıb çıxarır: "Rövşənin mirasının dinc yolla bölüşdürülməsi alınmayacaq.