Xalq artisti Rafiq Hüseynov (Rəmiş) əməliyyat olunub.

Unikal.org-un məlumatına görə, gitara ifaçısının həyat yoldaşı Gülü xanım axşam.az-a açıqlamasında bildirib ki, musiqiçinin gözündəki mirvari suyu götürülüb:

"Yazda sol gözündən əməliyyat olunmuşdu. İndi də sağ gözündəki mirvari suyu götürüldü. Əməliyyat dünən gecə baş verib. İndi özünü yaxşı hiss edir".