Türkiyə millisinin baş məşqçisi Fatih Terim Türkiyə "Ziraat kupası"nın "Karagümrük" - "Göztepe" oyununu izlmək üçün stadiona gəlib.

Unikal.org xəbər verir ki, "imperator"un izlədiyi oyunda qonaqların heyətində "Qarabağ"ın sabiq hollandiyalı yarımmüdafiəçisi Leroy Corc fərqlənə bilib.

O, 0:3 hesabı ilə öndə olduqları oyunun 75-ci dəqiqəsində sonuncu qolu vuran futbolçu olub.

Qeyd edək ki, "Göztəpə" PTT liqasında "14" xalla "Boluspor"dan sonra 3-cü pillədə qərarlaşıb.