"DEYİR Kİ, BRİLLİANT DADAŞOVADAN ÜZR İSTƏMƏLİSƏN"

"Verilişin içində olanları ciddi qəbul etməyin. Orada çox şey şoudur. Amma onu deyim ki, efirdə özümü yığışdırıram. Həyatda hər şeyi daha çox tənqid edirəm.

Unikal.org bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında "5-ci element" verilişinin aparıcısı Ranar Musayev deyib.

O bildirib ki, proqramda qonağı tərifləməyi xoşlamır:

"Adam nə qədər tərif deyər? Müğənni hansı verilişə gedirsə, aparıcı onu tərifləyir. Bu tamaşaçını da yorur. Qonağım olan tanınmışları sındırmaq kimi bir fikrim yoxdur. Sadəcə gerçəklərlə bağlı sual verməliyəm.

R.Musayev ən böyük tənqidçisinin anası olduğunu söyləyib:

"Özü də anam Brilliant Dadaşovanı çox sevir. Efirdə onun haqqında nəsə deyəndə, telefonum susmur. Anam deyir ki, gələn veriliş Brilliant Dadaşovadan üzr istəməlisən. Mənim Brilliant Dadaşovaya görə həmişə başım ağrıyır. Efir olanda telefonumu söndürürəm ki, anam bu saat zəng vuracaq.

Aparıcı xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu arasında olan sirri efirdə açmasından danışıb. O, proqramda "Namiq gedərkən Aygün xanımın mülkünü əlindən alıb" sözlərinə aydınlıq gətirib:

"Mənə maraqlı deyil Namiq ayrılanda özü ilə nə aparıb. Tamaşaçıya maraqlı olan sualı verdim. Aygün xanım illərdir çalışır, özü də məclisə baha gedən ifaçıdır. Maqazin verilişlərində görürəm ki, avtomobilini satır, nəsə edir. Aygün xanım o statuslu müğənnidir ki, mülk satıb layihə etsin? İllərlə qazandığı pulları niyə yox oldu? Tamaşaçıya bunu çatdırmaq istədim".

Ranar proqrama yeni gələn gənc aparıcı Fariz İlyasovdan da söz açıb:

"Bizim sosial şəbəkələrdə hər şey tənqid olunur. Fariz də aramıza göydən düşməyib, biz məsləhət bilib gətirmişik. Onun bir xasiyyətini bəyənirəm, müsahibdən istədiyini alana qədər gözünün içinə baxır. Deyirlər onu bəyənmirsən. Bəyənməsəm layihədə nə işi var?".