"Barselona"nın türk ulduzu Arda Turan evinin hovuzu ətrafında dostu ilə nərd oynayarkən çəkilmiş fotosunu paylaşıb.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, futbolçu, 15 milyon avro qiymətində olan bu ev üçün ayda 21 min avro kirayə haqqı ödəyir. Arda bu evi bəyəndiyi üçün nəğd alacağını da söyləyib.

Barselonada yerləşən villanın qonşuluğunda futbolçular Leo Messi, Luis Suarez, Andres İnyesta, Jerard Pike, Dani Alveş, Adriano və Kladuio Bravo yaşayır. Arda heyranı olduğu İnyesta ilə lap yaxın qonşudur.

Картинки по запросу arda turan barcelona villasi