Bakı Olimpiya Stadionunun (BOS) təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Unikal.org bildirir ki, BOS-un mətbuat xidmətindən axşam.az-a verilən məlumata görə, konsert proqramında yerli ulduzlar Röya Miri Yusiflə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur dj-lər CemreMahmut Orhan çıxış edəcəklər.

Stadionun əsas meydançada təşkil olunan konsert proqramı Yeni ilə geriyə-sayım, bayram salütu və diskoteka ilə davam olunacaq. Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

Biletlərin satışı gələn həftə başlayır, biletlərin qiyməti 9 manatdan başlayır. Konsert proqramının başlanması 20:00 üçün nəzərdə tutulub. Konsertlə bağlı hər-hansı əlavə məlumat Bakı Olimpiya Stadionunun saytından və sosial şəbəkələrin rəsmi səhifələrdən əldə etmək olar.