Lüksemburqda voleybol üzrə 2018-ci il dünya çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, Azərbaycan qadın və kişilərdən ibarət milli komandalarının rəqibləri müəyyənləşib.

Belə ki, qadın yığmamız Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveç milliləri ilə birgə E qrupunda çıxış edəcək. Bu qrupun matçları 2017-ci ilin 30 may - 4 iyun tarixləri arasında ölkəmizdə keçiriləcək.
A qrupunda yer alan kişi voleybolçularımızın rəqibləri isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya yığmaları olacaq.

Bu qrupun qraşılaşmaları isə 2017-ci ilin mayın 23-28-i aralığında Fransada keçiriləcək.