Müğənni Günay İbrahimli dodağının silikonlu olması ilə bağlı gəzən şayələrə son qoydu. 

Unikal.org- un məlumatına görə, ifaçı "İnstaqram" səhifəsində izləyicilərinə belə bir şərh yazaraq açıqlamalar gətirib:

"Bəlkə də siz elə bilirsiz ki, mən şərhləri oxumuram, ancaq belə deyil. Bu gün ərzində rastıma "dodağına silikon qoydurub" tipli bir neçə şərh çıxdı. Siz məni kifayət qədər tanıyırsınız, səmimi olduğumu yəqin ki, anlamısınız. Dodağımda silikon yoxdu, heç bir dolğudanda istifadə etməmişəm. Dişlərim barədə fikir bildirənlər də var. Bu da doğru deyil. Mən etiraf edirəm, təkcə burnumu əməliyyat etdirmişəm. Başqa üzümlə bağlı heç bir plastik əməliyyat üçün müraciət etməmişəm. Bunun üçün sübut istəyirsiz? Sevənlərim üçün mənim kəlimələrim sübutdur, ancaq inanmayanlara da sübut edə bilərik. Siz mənim sözümə inanın, şayələrə yox. Ən gözəl həqiqət şəxsin özünün ağzından eşidilən ifadələrdir." deyərək bildirib.