Ötən gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib.

Unikal.org-un məlumatına görə, Avstriya komandası ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub.

Futbolçularımız turnirdə növbəti oyununu oktyabrın 30-da Rumıniya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, millimiz ilk oyunda İngiltərə yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu.