Gəncə şəhərində bədbəxt hadisə baş verib.

Unikal.org APA-ya istinadən bildirir ki, hadisə bu gün şəhərin "Mərkəzi Bazar" adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1940-cı il təvəllüdlü Mahizər Əliyeva avtobusa minmək istəyərkən yıxılıb. Başı yerə dəyən qadın hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.