Bakıda ana və qızı dəm qazından zəhərlənib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri Emilya Salayeva və onun 5 yaşlı qızı Nuray dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.