Cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olub.

Unikal.org  xəbər verir ki, 36 yaşlı idmançıya ali təhsil haqqında diplom artıq təqdim edilib. O, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.

İ.Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin gülləsinə tuş gəlib.

 Nəticədə o, görmə qabiliyyətini itirib. Sonradan İ.Zəkiyev paralimpiyaçı cüdoçuların mübarizəsinə qatılıb, "Afina-2004 və "Pekin-2008 Yay Paralimpiya Oyunlarında 100 kiloqramdan yuxarı çəki dərəcəsində qızıl, "London-2012də gümüş medal qazanıb. Təcrübəli cüdoçunun aktivində "Bakı-2015 birinci Avropa Oyunlarının qızıl medalı, eləcə də ikiqat dünya və beşqat Avropa çempionu titulları da var.

İlham Zəkiyev məzun oldu -  Foto