Bu gün Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində iki avtobusun iştirakı ilə yol qəzası baş verib.

Unikal.org-un SalamNews-a istinadən xəbərinə görə, qəza Əhməd Mehbalıyev küçəsində qeydə alınıb. Hadisə nəticəsində bir neçə sərnişin yüngül xəsarat alıb.

Yol polisi əməkdaşları qəzanın baş vermə səbəblərini araşdırır.