Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan vətəndaşı tərəfindən gizli telefon keçirilməsinin qarşısı alınıb.

Unikal.org-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Xanoba gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E 200 D markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd "Samsung J1 markalı mobil telefon, 9 ədəd mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.