Ağdamda qadını it dişləyib.

Unikal.org apa-ya istinadən xəbərinə görə, məcburi köçkünlər üçün salınmış qəsəbədə 1978-ci il təvəllüdlü Rzayeva Əminə Rza qızı it dişləmə xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə tibbi yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulub.

Xəstəxanadan əldə etdiyi xəbərə görə son bir ayda 15 nəfərdən çox şəxs it dişləməsi şikayəti ilə xəstəxanada qeydiyyata düşüb.