Dünyanın ən məşhur modellərindən biri, 32 yaşlı holland Lara Stoun iki gün əvvəl Londonun Meyfeyr səmtindəki "Marks Club" gecə klubuna əyləncəyə yollanıb.

Unikal.org The Sun-a istinadən bildirir ki, o, Britaniyanın ən məşhur stilistlərindən biri Edvard Kobina Eninfulun təşkil etdiyi VİP ziyafətə qatılmışdı.

Lara Stoun avtomobildən düşəndə reportyorlarla qarşılaşıb. Kameralar qarşısında olan Laranı geyimi pərişan vəziyyətə salıb.