Xaçmaz rayonunda yaşayış evində partlayış olub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Köhnə Xaçmaz kəndində baş verən hadisə zamanı 1981-ci il təvəllüdlü Firuzə Sadmanova yanıq xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının bədəninin müxtəlif hissələrinin yandığı bildirilir.

Partlayışdan sonra evdə başlayan yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsini qarşısı alınıb.

Fakt araşdırılır.