ABŞ-ın İstanbuldakı konsulluğunun işçilərinin ailələri Türkiyəni tərk etməlidirlər. 

Unikal.org-un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Məlumatda qeyd olunur ki, bu qərar təhlükəsizlik xidmətdən daxil olan məlumatdan sonra qəbul edilib.

Bildirilir ki, ekstremist qruplaşmaların nümayəndələri İstanbulda ABŞ vətəndaşlarına hücum etməyə cəhd edəcəklər.