İtaliyada 6,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Roma şəhərindən 132 kilometr şimal-şərqdə yerləşib.
Hələlik itki və dağıntılar barəsində məlumat verilmir.