Bu gün günortaya yaxın Ağsu rayonu, Çiyni kəndində, məscidin ərazisində, ümumi sahəsi 504 m2 olan mərasim zalının lambirdən ibarət tavanı 23 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mərasim zalının qalan hissəsi və məscid yanğından mühafizə olunub. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.