Zaqatalada dəm qazı iki nəfərin həyatına son qoyub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün 18.45 radələrində şəhərin 28 may küçəsi, ev 4. ünvanında qeydə alınıb.

Həmin ünvanda iki kişi meyiti aşkarlanıb. İlkin ehtimala həmin şəxslər dəm qazından boğularaq ölüblər.

Hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.