Türkiyənin Konya şəhərində 38 yaşlı Suzan Bulutun 10-cu övladı dünyaya gəlib.

Unikal.org xəbər verir ki, daha öncə 9 qız övladı dünyaya gətirən qadının 10-cu övladı da qız olduğu üçün həyat yoldaşını onu tərk edib.

Qadın deyib ki, sonuncu uşağına 6 aylıq hamilə olduğunda onun qız olacağını öyrənib. Bunu bilən həyat yoldaşı ikinci arvad alacağını deyib:

"Qızım doğulanda onu qəbul etmədi və bizi tərk etdi".

Hazırda uşaqları ilə kiçik daxmada çətin şəraitdə yaşamaq üçün mübarizə aparan qadın, küçədən topladıqları kardonları sataraq və xeyirxah insanların yardımları ilə dolanır.

10-cu uşağı da qız oldu, əri tərk etdi - FOTO

10-cu uşağı da qız oldu, əri tərk etdi - FOTO

10-cu uşağı da qız oldu, əri tərk etdi - FOTO