Müğənni Natavan Həbibi nişanlanıb.

Unikal.org-un məlumatına görə, sənətçi "İnstaqram" səhifəsində ağ libasda şəkil paylaşıb. Dostları N.Həbibini nişanlanması münasibətiylə təbrik edib. O, uzun müddətdir sevgili olduğu şəxslə ailə qurmağa hazırlaşır.

Natavanın mətbuat xidməti nişan xəbərini qafqazinfo-ya təsdiqləyib:

"Bəli, nişan bir neçə ay əvvəl olub. Fotonu isə dünən paylaşıb. Natavan xanım şəxsi həyatını açıqlamağı sevmədiyindən bundan artıq məlumat verməyə icazəm yoxdur".